Samuxda 2 otaqlı ev yanıb

  • By admin
  • 11 Mart 2017 09:58

yanan-ev-yangin-yanqin-yangin

Samuxda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Salahlı kəndində, vətəndaşa məxsus, ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 28 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info