Azərbaycanda 23 yaşlı iki uşaq anası başqa şəxsə qoşularaq evdən qaçıb.
Gununsesi.info xəbər verir ki, hadisə Samux rayonu Qarayeri qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Rüstəmova Səmayə Əvəz qızı iki gündür övladlarını da ataraq evdən gedib.
Qəsəbə sakinləri bildirir ki, qadın həyat yoldaşından gizlin mobil telefon işlədirmiş:
“Qadın yoldaşından xəbərsiz telefon işlədirmiş. Sonradan məsələnin üstü açılıb və məlum olub ki, WhatsApp-da başqa kişilərlə yazışır. Ailə ehtimal edir ki, Səmayə həmin kişilərdən birinə qoşulub qaçıb”.
Onu da öyrəndik ki, Rüstəmovanın həyat yoldaşı artıq məhkəməyə boşanmaq üçün müraciət edib. (Olke.az)