Samuxda 28 yaşlı oğlanı ilan sancdı

  • By admin
  • 18 İyul 2021 16:47

Samux rayonunda 28 yaşlı oğlanı ilan sancıb.

Gununsesi.info  məlumatına görə hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Seymur Əliyev ilan vurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə zəhər əleyhinə zərdab vurulub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 28 yaşlı kişini təsərrüfatda işləyən zaman ilan vurub.

Gununsesi.info