Samuxda məskunlaşan Kəlbəcər köçkünləri Prezidentə icra başçısından şikayət etdilər

  • By admin
  • 19 Mart 2021 23:18

Səviyyəsiz  qalmaqalları  ilə gündəmdə  olan Samuxun 72 yaşlı icra başçısı Alı Qocayev Kəlbəcərli köçkünləri Məhkəmədə süründürməklə məşğuldur…

İlk öncə bütün qaçqın və məcburi köçkünlər adından müstəqil və müasir Azərbaycanın əfsanəvi qəhramanı, Ulu Öndər məktəbinin layiqli varisi Azərbaycan xalqına 30 ildən sonra böyük qələbə sevincini bəxş edən  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şanlı müzəffər Azərbaycan ordusuna təşəkkür edirik.

Hörmətli Prezident, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, müavin Arif Ağayev və Samux rayon Bələdiyyəsinin sədri  Xətaim Cəfərov  “Qaçqın və Məcburi köçkünlərlə” bağlı  sərəncama arxa çevirdilər!!

28 il Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşan, Kəlbəcər rayonundan 10 məcburi  köçkün ailəsi  olaraq səsimiz duyulsun deyə  «Dünyanınsəsi» xəbər portalı vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət etmişik.

Gununsesi.info adından Kəlbəcərli köçkünlərə dəstək üçün bu müraciəti bizdə olduğu kimi sizlərə təqdim edirik:

Çox hörmətli Cənab Prezident! 

Biz Kəlbəcər rayonundan məcburi köçkünlər 28 ildir ki, Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşmışıq. Mal-heyvana baxmaqla  ailəmizi saxlayırıq.

Samux  rayon Qarasaqqal meşə massivində boş qalmış əkin üçün yararlı 130 hektar torpaq sahəsi götürərək, taxılçılığın inkişafı üçün verilən Prezident sərəncamı əsasında həm öz güzəranımızın yaxşı olması və malqaramızın, heyvanlarımızın saxlanması üçün taxıl əksək də Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə və müavin Arif Ağayev bələdiyyə sədri ilə əlbir olaraq 05 mart 2021-ci il tarixdə saxta sərancamla əkdiyimiz taxılı sulamağa imkan verməyərək məhsulumuzu yandırıb külə döndərdilər.

Bununla bağlı aramızda yaranan mübahisə 6 aydır ki, Samux rayon məhkəməsində məhkəmə prosesi keçirilsə də hər dəfəsində rayon icra hakimiyyətinin başçısı məhkəməyə təsir göstərərək,  məhkəmə proseslərini dayandırıb, verdiyi saxta sərancamları qüvvədə saxlamaq istəyir.

Biz on ailə üzvüləri, adları çəkilən məmurların əlindən bezərək son ümüd yerimiz olan cənab Prezidentimizə üz tutaraq ondan imdad gözləyirik.

20 ildən artıqdır ki, Xətaim Cəfərov Samux rayonunda Bələdiyyə sədri vəzifəsində işləyir. Bütün Samux rayon ərazisində olan sovetlər birliyindən qalan  yararlı torpaq sahələrini, ferma və digər obyektləri alaraq özəlləşdirib.

Ulu öndərimiz Heydər Əliyevin “Qaçqın və məcburi köçkünlərin” yaşayış şəraitinin yaxşılaşdırması ilə bağlı verdiyi sərancam bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən də həyata keçirildiyi bir zamanda məmurların yerlərdə qaçqın və məcburi köçkünlərə etdikləri zülmlərlə insanların əsəblərini tarıma çəkirlər.

Alı Qocayev Samux  rayonuna başçı gələndən, bələdiyyə sədri Xətaim Cəfərovla əlbir olaraq  rayonu öz mənafelərinə görə talan ediblər.

Cənab Prezident!

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə, bələdiyyə sədri Xətaim Cəfərovun  neçə illərdir ki,  etdikləri qanunsuz əməllərini yazmaqla qurtarası deyil.
Xahiş edirik ki, göstərdiyimiz faktlara görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər cavabdeh məmurlara tapşırılsın ki, yoxlama aparılaraq günahkarlar cəzalandırılsın.

Biz məcbiri köçkün ailələrinə etdiyiniz köməkliklərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Kəlbəcərli sakinlərin videoşikayətini təqdim edirik:

Gununsesi.info