Samvel Karapetyan yenidən həbs olundu

Bir müddət öncə ev dustaqlığına buraxılan erməni iş adamı Samvel Karapetyan yenidən istintaq təcridxanasına salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan “Sputnik Ermənistan”a deyib.

Vardevanyanın sözlərinə görə, onun tibb mərkəzindəki stasionar müalicəsi Daxili İşlər Nazirliyinin rəsmilərinin təkidi ilə dayandırılıb.

Bildirilir ki, Karapetyan pnevmoniya və koronavirus infeksiyasının fəsadlarından müalicə alırdı.

Xatırladaq ki, Yeni il öncəsi məhkəmə onu ev dustaqlığına buraxmışdı.

Gununsesi.info