Samvel Şahramanyan dindiriləcək

Samvel Şahramanyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə müvəqqəti parlament komissiyasının rəhbəri Andranik Koçaryanın təklifini qəbul edib və ifadə verməyə razılaşıb.

 

Gununsesi.info xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb

Qəzetin yazdığına görə, Şəhramyanyan əvvəllər Koçaryanın ona ünvanladığı nalayiq və bəzən təhqiramiz ifadələrə görə dəvəti qəbul etməmək qərarına gəlib.

 

44 günlük müharibə zamanı Şahramanyan Qarabağdakı ovaxtkı qondarma rejimin “hərbi-vətənpərvərlik təhsili, gənclər, idman və turizm naziri” vəzifəsində çalışıb.

 

Gununsesi.info