Sanatoriyada yanğın olub

  • By admin
  • 17 Sentyabr 2016 22:09

1466265353_12

 

Axşam saat 18:00 radələrində Bakının Xəzər rayonunda yerləşən “Xəzər” sanatoriyası ərazisində yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 8 m2 sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 4 m2 sahədə əriyib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info