
“Hindistan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasını Azərbaycanla ticarət və biznes əlaqlərinin inkişafı üçün ən yaxşı vasitə hesab edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Hindistanın Azərbaycandak səfiri Sancay Rana deyib. Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizininin inşaası Hindistan üçün üçün böyük prioritet təşkil edir: “Biz Azərbaycanla daha sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq və bunu qonşuluq siyasətimizin genişləndirilməsinin bir hissəsi hesab edirik. İranla kəsişən quru və dəmir yol şəbəkələri vasitəsi ilə Hindistanın qərb limanlarını Azərbaycan və Rusiya ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasını Azərbaycanla ticarət və biznes əlaqlərinin inkişafı üçün ən yaxşı vasitə hesab edirik. Bu dəhlizin inşaası bizim üçün böyük prioritet təşkil edir”.
Gununsesi.info