Sanders milyonlarla tərəfdarını prezident seçkilərində Hillari Klintonu dəstəkləməyə çağırdı. Gununsesi.info “Röyter”ə istinadən xəbər verir ki, ABŞ prezidentliyə ilkin seçkilərə Demokratlar Partiyasından qatılan senator Berni Sanders ilkin seçkilərdə demokratların əsas favoriti olan Hilları Klintona uduzub. Bundan sonra senator B.Sanders prezident seçkilərində Hillari Klintonu dəstkləyəcəyini bəyan etməklə yanaşı milyonlarla tərəfdarını da H.Klintonu dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Hillari Klinton ABŞ tarixində prezidentliyinə namizədliyini irəli sürən ilk qadın namizəd olacaq. ABŞ-da 58-ci prezident seçkiləri 2016-cı ilin noyabrın 8-də keçiriləcək. Klintonla yanaşı prezident seçkilərində respublikaçılardan milyarder Donald Tramp və Libertarianlar partiyasından isə Qeri Conson iştirak edəcək.
Gununsesi.info