Sandra Milo vəfat etdi

  • By ilhame
  • 29 Yanvar 2024 20:43

İtalyan aktrisa Sandra Milo (əsl adı Salvatrice Elena Greco) 90 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, “ANSA” agentliyi bu barədə aktrisanın qohumlarına istinadən məlumat yayıb.

Ölümün səbəbləri dəqiqləşdirilməsə də, Milonun öz evində yaxınlarının əhatəsində dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Sandra Milo 1933-cü il martın 11-də Tunisdə anadan olub. O, yüzdən çox filmdə rol alıb. Xüsusilə, aktrisa Federiko Fellininin “Səkkiz yarım” və “Cülyetta və ruhlar” filmlərində baş rolları ifa edib.

Gununsesi.info