“Sandranın çoxlu xərcləri, uşaqlar üçün hədiyyələri var idi… başqa xərcləri də vardı, niyə Sandranı mühakimə etmirsiniz? Xərclərin böyük bir hissəsi Sandranındır. Bu gün müttəhimlər kürsüsündə onunla otursam xoşbəxt olardım. Çünki bu xərclərin dörddə biri və ya beşdə biri Sandranındır”,.
Gununsesi.info bildirir ki, bunu -Gürcüstanın üçüncü prezident Mixeil Saakaşvili ittiham tərəfinin onu dövlət əmlakını mənimsəməkdə ittiham etdiyi bugünkü məhkəmə prosesində bildirib.
“Ancaq Sandranı ittiham edənə qədər xatırlayın ki, Sanadra bu ölkəyə 100 milyon avroluq tibbi qrant gətirib. Sandra vasitəsilə gürcü qadınları əvvəlkindən 20 dəfə az döş xərçəngindən ölür. Hər bir həbsxana həkimi sizə həbsxanada sağlamlıq üçün nə qədər işlər gördüyünü söyləyəcək, vərəmdən tutmuş və s. Sandra korrupsioner deyildimi? Baş Assambleyanın iclasında bir yerdə idik. Sandraya təcili onkoloji problem diaqnozu qoyuldu və dərhal əməliyyat olundu. Bu, kifayət qədər böyük pula başa gəlib, niyə işə daxil edilməyib?”, – deyə Saakaşvili bildirib.
Səhər tezdən Tbilisi şəhər məhkəməsində Mixeil Saakaşvilinin “pencək işi” üzrə məhkəməsi davam edir.