“Sanksiya alətlərimiz var” - BORRELDƏN RUSİYAYA XƏBƏRDARLIQ

  • By admin
  • 08 Fevral 2022 16:55

“Avropa İttifaqının Rusiya üçün problemlər yaradacaq sanksiyaları həyata keçirmək üçün alətləri var, lakin onları tətbiq etməməyi üstün tutur”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrell deyib.

HTML tutorial

“Avropa İttifaqı iqtisadiyyat, ticarət və maliyyə sahələrində tətbiq oluna biləcək və Rusiya iqtisadiyyatı üçün ciddi fəsadlar yarada biləcək alətlər dəstinə sahibdir. Bunun baş verməməsi daha yaxşı olardı”, – deyə C.Borrel bildirib.

 

Gununsesi.info