Sanksiyalardan ən çox zərbə erməni məmur və oliqarxlara dəyəcək

  • By admin
  • 14 Avqust 2017 12:30

ermenistan

Ağ Evin Rusiyaya qarşı son genişmiqyaslı sanksiyaları təkcə qanuni gücə malik deyil, sanksiyalar eyni zamanda Putin hökumətinin çökdürülməsini hədəf seçib.

Gununsesi.info 1in.am-a istinadən xəbər verir ki, Amerikanın qanunverici orqanı Putinin korrupsiya rejiminin təkcə Rusiya ilə bitmədiyinə, bu korrupsiya rejiminin Avropa və Avrasiya ölkələrində də kök saldığına əmindir.

Bu sanksiyaların da elə əsas məqsədi Putinin bu korrupsiya sistemi aşkar etməklə daxili və xarici münasibətləri orataya çıxarmaqdır. Ağ Ev hesab edir ki, bəzi Avropa  və Avrasiya ölkələrində həyata keçirilən maliyyə əməliyyatları heç də şəffaf olmayıb. Və bu maliyyə  maxinasiya əməliyyatları Putin və onun yaxın ətrafı  vasitəsi ilə  həyata keçirilib.

Erməni mətbu orqanının yazdığına görə, Ermənistan da Rusiyanın kriminallaşmış elitasının biznesinin “çirkli” pullarının yuyulmasında  böyük rol oynayıb. Bu əməliyyatlar nəticəsində Ermənistan oliqraxiyası da öz gəlirlərini təmin edə biliblər. Elə bu səbəbdən də hər iki ölkənin siyasi, oliqarxiya elitasını təkcə iqtisadi cinayətkarlıq əlaqəsi bağlamır, eyni zamanda Avrasiya intreqrasiya məsələsinə gətirib çıxarıb. Bu faktlar da Vaşinqtona bəllidir.

Ona görə də Vaşiqnton hesab edir ki, bu yeni sanksiyalar Putin rejimi ilə sıx əlaqədə olan imkanlı məmurlara və oliqarxlara ciddi zərbə vuracaq. Və bu zaman burada söhbət təkcə rusiyalı məmurlar və oliqarxlarla açıq əlaqələrdən getmir, əsasən qaranlıq məqamlardan söhbət gedir.

O da sirr deyil ki, Ermənistan kriminal oliqarxlarının “mənəvi atası” Moskva hesab olunur. O baxımdan da qısa zamanda Ermənistan hökumətinin nüməyəndələri və oliqarxları amerikalıların ifşa etdiyi qalmaqalların mərkəzində olacaqlar. Bu da öz növbəsində, Ermənistanın imicinə ciddi zərbə vurmuş olacaq. Bəlkə, bu hadisələr nəticəsində şəxsi ciblərinə ciddi ziyan dəydikdən sonra Ermənistanın məmur və oliqarxları ayıla.

Hazırladı Mürtəza

Gununsesi.info