Sanksiyaların hədəfini bilirik, hazırlaşırıq - Putin

Rusiyaya qarşı sanksiyalar uzun müddətə tətbiq edilir, ona görə də idxalın əvəzlənməsi ilə məşğul olmaq lazımdır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, bu, ölkənin suveren inkişafına gətirib çıxaracaq:

“Hamımız başa düşürük ki, sanksiyalar uzunmüddətlidir, ona görə də idxal olunan texnologiyaları və məhsulları əvəz etmək üçün prioritet tədbirlərlə yanaşı, ölkənin suveren inkişafının strateji məqsədlərinə yönələn orta və uzunmüddətli transformasiyalara ehtiyac var”.

 

Gununsesi.info