Zəlzələ zonasında iki ərazidə axtarış-xilasetmə işləri yekunlaşdı - FOTO/YENİLƏNDİ

  • By admin
  • 09 Fevral 2023 14:09

Türkiyənin dəhşətli zəlzələdən dağılan daha bir ərazisində axtarış-xilasetmə işləri yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunur ki, Şanlıurfa şəhərindən sonra Kilisdə də işlər yekunlaşıb və xilasetmə qrupları digər bölgələrə yönəldilib.

12:02

Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 12 873 nəfər həlak olub.

Gununsesi.info