Şanlıurfada dünən çökən binada axtarış-xilasetmə işləri başa çatdı - FOTOLAR

Türkiyənin Şanlıurfa şəhərində baş verən zəlzələdə ciddi ziyan dəydiyi üçün möhürlənən, dünən isə çökən binada axtarış-xilasetmə işləri 9 saat sonra başa çatıb.

Gununsesi.info xəbər verir ki, 7 mərtəbəli binanın dağıntıları altında heç bir canlı tapılmayıb.

HTML tutorial

Bina çökən zaman qarşısından keçən 1 nəfər binanın dağıntılarının üstünə düşməsi nəticəsində xəsarət alıb.

Dağıntılar arasında sağ qalanların ola biləcəyi ehtimalı ilə qruplar axtarış-xilasetmə işlərinə başlayıblar.