Şəmkir rayon sakinini şantaj edən şəxs tutulub
DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxs barəsində rüsvayedici məlumatları yaymaması üçün ondan 500 manat pul tələb etdiyini bildirib.
Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Gununsesi.info