Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatından Türkiyəyə dəstək

  • By admin
  • 24 Noyabr 2016 11:27

berat

Türkiyə 2017-ci ildə Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının Enerji Klubunun rəhbəri seçilib.

Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki, Şanxay Təşkilatı Enerji Klubuna sədrliyi ilk dəfə olaraq quruma üzv olmayan ölkəyəyə verib.

Bu, Türkiyəyə qarşı böyük bir mesaj kimi dəyərləndirilib.

Türkiyənin Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında Enerji Klubuna rəhbərlik etməsi ilə bağlı öz Twitter səhifəsində mövqeyini açıqlayan Türkiyənin enerji və təbbi ehtiyatlar naziri Berat Albayrak bildirib ki, 2017-ci ildə Türkiyə Kluba sədrlik edəcək:

“Xeyirli, uğurlu olsun. Türkiyə dünyada enerji ixtracatçısı və hasilatçı sahəsində ən çox paya malik olan ölkələrin bir araya gəldiyi təşkilata rəhbərlik edəcək. Bu dönəmdə enerji strategiyamızın daha güclü formada istifadə edilməsinə və bu sahədə işbirliyinin dərinləşməsinə töhfə verəcək”.

Gununsesi.info