Şanxay və Pekində genişmiqyaslı aksiya - VİDEO

  • By admin
  • 27 Noyabr 2022 19:13

Çində hökumətin koronavirusla mübarizə tədbirlərinə qarşı etirazlar güclənib, etirazçılar hökumət əleyhinə siyasi şüarlar səsələndirirlər.

Gununsesi.info BBC-ə istinadla xəbər verir ki, minlərlə etirazçı Şanxay küçələrinə çıxıb.

Tələbələr Pekin və Nankinq universitetlərində də nümayişlər keçiriblər. Çinin ən böyük şəhəri və ölkənin şərqindəki dünyanın maliyyə mərkəzi olan Şanxayda keçirilən etiraz aksiyasında insanlar açıq şəkildə “Xi Jinping, get!”, “Kommunist Partiyası, get” şüarları səsləndiriblər.

Şanxayda keçirilən etiraz aksiyasının iştirakçılarından biri BBC-yə Çində ilk belə genişmiqyaslı etiraz aksiyası olduğunu deyib.

Gununsesi.info