Şarapova idmandan gedir?

  • By admin
  • 17 İyul 2017 23:00

openkitnikemariasharapovafrench3305302jpg
Rusiyalı tennisçi Mariya Şarapova professional idmanı tərk etmək fikrində deyil.

Gununsesi.info-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Şarapova karyerasına hələ də davam edəcəyini bildirib.

“30 yaşım olmağına baxmayaraq, tennis sahəsində kifayət qədər uğur əldə etmişəm. Tennis mənim üçün sadəcə idman deyil, bu, daha dərin bir mənadır. Mən oynamağa davam etmək istəyirəm, özümü bu fikrə kökləmişəm”, – deyə idmançı bəyan edib.

Xatırladaq ki, M. Şarapova ötən ilin martında keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, – deyə o əlavə edib.

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır. O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib. Lakin Beynəlxalq Tennis Federasiyasının M. Şarapovanın oyundan kənarlaşdırılması ilə bağlı qərarı 2017-ci ilin aprelində başa çatıb.

Gununsesi.info