Şarapova yenidən BMT-nin xoşməramlı səfiri olacaq

  • By admin
  • 10 Noyabr 2016 19:26
March 8, 2016 - London, United Kingdom - Image licensed to i-Images Picture Agency. Pics filed 08/03/2016. London, United Kingdom. June 2015 FILE PHOTO  of Maria Sharapova at Porsche in Mayfair, London. Picture by i-Images. FILE PHOTO (Credit Image: В© i-Images via ZUMA Wire)
March 8, 2016 – London, United Kingdom – Image licensed to i-Images Picture Agency. Pics filed 08/03/2016. London, United Kingdom. June 2015 FILE PHOTO of Maria Sharapova at Porsche in Mayfair, London. Picture by i-Images. FILE PHOTO (Credit Image: В© i-Images via ZUMA Wire)

 

Rusiyalı tennisçi Mariya Şarapova yenidən BMT-nin xoşməramlı səfiri olacaq.

Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Beynəlxalq Tennis Federasiyasının M. Şarapovanın oyundan kənarlaşdırılması ilə bağlı qərarı 2017-ci ilin aprelində başa çatır. Bundan sonra o, BMT ilə əməkdaşlıq edə biləcək.

“Mariya Şarapovanın öz sevimli idmanına vaxtından öncə qayıdacağına dair xəbərlər BMT-nin İnkişaf Proqramının nümayəndələrini çox şad edib. Biz onu yenidən xoşməramlı səfri təyin edəcəyik və Şarapova 2017-ci il aprelin 26-dan müsabiqələrdə iştirak edə biləcək”, – təşkilatın nümayəndəsi bildirib.

Xatırladaq ki, M. Şarapova bu ilin martında keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, – deyə o əlavə edib.

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır. O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.

 

Gununsesi.info