
Havananın mərkəzindəki oteldə baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 64 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” yazır.
“Havananın mərkəzində lüks oteldə baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb, 64 nəfər yaralanıb”, – Kuba prezidentinin ofisinin bəyanatında deyilir.
Daha əvvəl partlayış nəticəsində 18 nəfərin öldüyü, 50-dən çox insanın xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
İlkin məlumatlara görə, partlayışın ən çox ehtimal olunan səbəbi qaz sızması olub.
“Milli Kapitol ilə üzbəüz yerləşən beşulduzlu otel adanın turizm sənayesindəki canlanmanın bir hissəsi olaraq mayın 10-da açılmağa hazırlaşırdı”, – “Sinxua” bildirib.
Xatırladaq ki, cümə günü Havananın mərkəzində güclü partlayış baş verib. 1930-cu illərdə tikilmiş “Saratoqa” oteli dağılıb. Otelin binası 2005-ci ildə əsaslı təmir olunub.
Gununsesi.info