
Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.
Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Gununsesi.info