Sarayda narkotik satan şəxs saxlanılıb - VİDEO/FOTO

  • By admin
  • 06 Fevral 2023 11:35

Saray qəsəbəsində narkotik vasitələrin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Sumqayıt şəhər sakini Asif Axundov saxlanılıb.  Onun üzərinə baxış zamanı satış üçün əldə etdiyi ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Asif Axundovun ətrafında aparılan araşdırmalar zamanı onun Saray qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Asif Axundov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.