Saraydan qaçan BƏƏ baş nazirinin qızı''ATAM NEÇƏ İNSANI QƏTLƏ YETİRDİ!-ONA NİFRƏT EDİRƏM''

Saraydan qaçan BƏƏ baş nazirinin qızı

Birləşmiş Ərəb Əmirliyinin ən vacib əmirliyi Dubay baş naziri Məhəmməd ibn əl-Məktumun qızı şahzadə Lətifə Əl-Məktum zorla saxlanıldığı saraydan qaçıb. Şahzadə İngiltərənin “Daily Mail” qəzetinə şok ifşaedici məlumatlar açıqlayıb.

Gununsesi.info Avropa.info-ya istinadən xəbər verir ki, şahzadə Hind okeanının cənubunda bir yaxtada çəkilən videolarda atasının lazım olduğu təqdirdə ailə daxilində işgəncə metodlarını tətbiq etdiyini ifşa edib.

33 yaşlı şahzadə Lətifə çəkdiyi videolarla ailəsinin və atasının ona tətbiq etdiyi işgəncələrə dair bu sözləri deyib:

“Zənn etdiyiniz kimi bizim heç bir azadlığımız yoxdur. Küçəyə çıxmaq qadağam vardı. Saraydan çıxanda nəzarət altında idim və evə müəyyən edilmiş vaxtda qayıtmaq məcburiyyətində idim. Anam məndən məruzə istəyirdi. Əlbəttə ki, sürücüdən haralara getdiyimizi soruşurdu. O, atamın ofisinə də hesabat yollayırdı”.

Şahzadə Lətifə sözlərini belə davam edib:

“Atam həyatımda tanıdığım ən pis insandır…Mənə işgəncə verənlərdən biri demişdi ki, “Atan bizə sənə işgəncə verməyimizi əmr etdi”. Bunu əmr edib! Bax, bu onun özünü verdiyi fotodur. Atam həyatımda gördüyüm ən pis, ən şər insandır. Atamın şəxsiyyəti çirkabdan ibarətdir! Heç bir şeyi ehtiva etmir. Neçə-neçə insanın həyatını məhv etdi. Neçə-neçə insanı qətlə yetirdi! Neçə-neçə insanı soyuqqanlılıqla öldürdü. Atamdan qorxmuram. Hesab verəcək”.

İlk dəfə 16 yaşında saraydan qaçmağa çalışan şahzadə Lətifə bu cəhdinin uğursuzluğa düçar olmasından sonra dəfələrlə işgəncəyə məruz qaldığını deyib. Atasının adamlarının ona işgəncə verdiyini deyən Lətifə Dubayda 3 il 4 ay müddətində həbsdə qaldığını da bildirib. Həbsdən çıxdıqdan sonra şəxsi pasportunun ona verilmədiyini deyən şahzadə 2000-ci ildən bəri ölkədən heç çıxmadığını bildirib. Maşın sürmə qadağası belə qoyulan Lətifənin bütün addımları nəzarət altındadır.

Ərəb dünyası hadisəni Lətifənin “Böyük Məktum Həbsxanasından qurtuluşu” olaraq təqdim edib. 5 dekabr 1985-ci ildə anadan olan şahzadə Lətifə vəliəhd şahzadənin Əlcəzairli arvadı Huriyədən anadan olub. Dubay baş naziri Məhəmməd ibn Rəşid Əl-Məktumun 6 arvadından 30 uşağı var.

Gununsesi.info

COMMENTS