
Zaratustra Film kinokompaniyası yeni filmin çəkilişlərinə başlayıb.
Gununsesi.info xəbər verir ki, romantik komediya janrında lenta alınan filmin baş qəhrəmanı xalq artisti Arif Quliyevdir. Son zamanlar səhhətində ciddi problemlərin yaranmasına baxmayaraq aktyor çəkiliş meydançasında özünü kifayət qədər yaxşı hiss edib. Xalq artistinin filmdəki tərəf müqabilisi isə sarışın gözəl -Xumar Səlimovadır. Görünür Arif Quliyevin tezlikle ayağa qalxmasında da onun rolu az olmayıb. Filmdə əməkdar artistlər Mehriban Xanlarova, Fərid Əliyev və Nahidə Orucova da rol alıb. Bundan başqa daha 3 xalq artisti də “Nazlı” filmində görmək olacaq amma yaradıcı heyət hələ ki bu adları sirr saxlayır. Rəhman Rafiqoğlunun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxacağı gün də hələki bəlli deyil.
Gununsesi.info