Sarkisyan Moskvaya gedir - PUTİNLƏ GÖRÜŞƏCƏK

  • By admin
  • 22 Fevral 2017 16:51

serj

Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya XİN rəhbəri qeyd edib ki, Sarkisyan səfər zamanı prezident Vladimir Putinlə görüşəcək.

Moskvada keçirilən birgə mətbuat konfransında erməni nazir Edvard Nalbandyan bildirib ki, Ermənistan prezidentinin Rusiyaya rəsmi səfərinə hazırlıq gedir. Bu səfər Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunacaq.

Gununsesi.info