Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan Qarabağın azad edilməsi ilə bağlı mətbuata açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sarkisyan açıqlamasında təhdid mesajları verib.
“Mənim üçün Qarabağ dəftəri əsla qapanmayacaq. Bunu söyləməliyəm ki, ümidsizlik günahdır. Bu həqiqəti insanlara anlatmağa çalışmaqda fayda var”, – deyə Sarkisyan bildirib.
Sarkisyan Türkiyənin Azərbaycanı dəstəkləməsindən narahatlığını bildirib.
Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında problemin bitmədiyini insanlara anlatmaq lazım olduğunu dilə gətirib.
Xatırladaq ki, 19-20 sentyabr 202-cü il tarixdə Azaərbaycan Ordusu lokal antiterror əməliyyatını başladaraq Qarabağın qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməsinə start vermişdi. Nəticədə, bölgədə Azərbaycana qarşı terror fəaliyyətləri həyata keçirən hərbi hədəflər yox edilmişdi.
Tərcümə: Arzu