Ermənistan parlamentinin “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanatı bu ölkənin müxalifəti tərəfindən etirazla qarşılanıb.
Qeyd edək ki, ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən təqdim edilən bəyanatın lehinə 64 deputat səs verib. İki nəfər isə bitərəf qalıb. Ermənistanın müxalif partiyaları isə müzakirələri tərk edib.
Sonradan mediaya açıqlanan bəynatda bu prosesə etirazlarını ifadə edilib.
Siyasi şərçi Elçin Rüstəmli Gununsesi.info-ya deyib ki, “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması haqqında” bəyanatın qəbulu zamanı Koçəryanın və Sarkisyanın deputatları etiraz olaraq zaldan çıxması ciddi nəticələrə səbəb ola bilməz: “Bunlar seçiqabağı erməni cəmiyyətinə özləri haqda pis mesajlar ötürür. Sorğular göstərir ki, əhali Azərbaycanla sülh gündəliyini müdafiə edir, münaqişənin yenidən başlamasından bərk qorxur”.












