Sarkisyanın qardaşı sərbəst buraxıldı - YENİLƏNİB

  • Müəllif: admin
  • 25 İyun 2018 23:29

 Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan sərbəst buraxılıb.

APA-nın məlumatına görə, bu barədə “news.am”-a Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Hazırda Aleksandr Sarkisyan polisdə deyil”, deyə A.Aqaronyan bildirib.

Qeyd edək ki, A. Sarkisyanın İrəvanın mərkəzində qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanıldığı bildirilirdi.

 

 

***

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan polis tərəfindən saxlanılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə İrəvanın mərkəzində baş verib.

A. Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb.