Fransanın keçmiş prezidenti Nikola Sarkozi 1 il həbs cəzasına məhkum edilib.
Gununsesi.info xarici KİV-ə istinadən, Paris Apellyasiya Məhkəməsi “Bygmalion” kimi tanınan “Telefonların dinlənilməsi” işi üzrə qərarını açıqlayıb.
Məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasına qeyri-qanuni maliyyə yardımı göstərdiyi iddiası ilə 6 ay şərti olmaqla ümumilikdə 1 il həbs cəzasına məhkum edib.
Qeyd edək ki, “Telefonların dinlənilməsi” işi çərçivəsində Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur. Fransanın sabiq prezidentinin seçki kampaniyası üçün qanuni hədd olan 22,5 milyon avrodan 20,3 milyon avro artıq 42,8 milyon avro xərclədiyi bildirilir. Sarkozi seçki xərclərini partiya fəaliyyəti kimi göstərmək üçün kampaniya aparan Bygmalion şirkətindən saxta hesab-fakturalar almaqda, müvafiq şirkət isə Sarkozinin xərclərini gizlətmək üçün saxta hesab-fakturalar verməkdə ittiham olunur.
Sarkozi birinci dəfə 2021-ci ildə təqsirli bilinərək 1 il həbs cəzasına məhkum edilib, lakin o, apellyasiya şikayəti verdiyinə görə qərar təxirə salınıb.
2023-cü ilin noyabrında prokurorluq iş çərçivəsində Sarkoziyə 1 il şərti həbs cəzası istəyib.
Gununsesi.info