Sarkozi barəsində həbs qərarı çıxarıldı

  • By admin
  • 30 Sentyabr 2021 15:08

Fransanın sabiq prezidenti Nikolya Sarkozi məhkəmə qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, o, 2012-ci il prezident seçkiləri ərəfəsində seçki kampaniyası üçün xərclərin həddini aşmaqda təqsirli bilinib.

İttihama əsasən, sabiq prezident 2012-ci il seçki kampaniyasına qanunla icazə verilən 22 milyon avro əvəzinə 42 milyon avro sərf edib.

Gununsesi.info