

Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki, bu fikri Fransanın sabiq prezidenti və yenidən prezidentliyə namizəd olan Nikolas Sarkozi iş adamları ilə görüşü zamanı deyib.
Sarkozi onu da əlavə edib ki, prezident seçiləcəyi təqdirdə ilk işi Almaniya ilə birlikdə Böyük Britaniyanı Avropa Birliyinə qayıtmasına çalışmaq olacaq.
Sarkozi bildirib ki, prezident olacağı təqdirə İngiltərəyə yenidən Avropa Birliyinə üzv olmaq barədə təklif verəcəyini dilə gətirib: “İngiltərəyə yenidən AB üzvü olmaq üçün şans veririk. Bu dəfə köhnə Avropa deyil, yeni Avropanın qurulmasından söhbət gedir. Əgər “hə” desəniz yaxşı olar. Çünki mən Türkiyə ilə tam üzvlük məsələsini müzakirə edərkən, Avropanın ikinci ən böyük ikinci iqtisadi gücə malik ölkəsini itirə bilmərəm”.
Sarkozi onu da əlavə edib ki, prezident olacağım təqdirdə Türkiyə ilə danışıqları kəsəcəyəm. “Çünki mən sadiq avropalıyam və buna yol verə bilmərəm.AB-dən çıxmağı düşünmürəm, ancaq AB yaxşı fəaliyyət göstərmir”.
Sarkozi sonda onu da bildirib ki, prezident olacağı təqdirdə, Şengendən sərbəst gediş-gəliş istiqamətində islahatların həyata keçiriləcəyini, Avropa Birliyi Komissiyasının rəhbərliyində ixtisar olunacağını, Avro-nun isə əhatə dairəsinin genişləndirilməsini vəd edib.
Gununsesi.info