Şarl Mişel “22 may bəyanatı” ilə spekulyasiya etməməyə çağırır - AVROPA İTTİFAQI ŞURASININ SƏDRİ NARAHATDIR

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son günlər Ermənistanla Azərbaycan arasında yaşanan gərginliklə bağlı bəyanat yayıb.

Avropa İttifaqından Gununsesi.info-nun elektron poçtuna göndərilən bəyanatda deyilir ki, gərginliyin kontekstində Avropa İttifaqını regionda yaşayan bütün insanların rifahı naminə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir.

Mişel mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışlayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün həll edilməmiş bütün məsələlərin həlli, o cümlədən, gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir”.

Mişelin fikrincə, Dağlıq Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran bütün əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır.

“Münaqişənin istənilən irsində olduğu kimi, bu kontekstdə terminologiya xüsusilə həssasdır. Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir”, – bəyanatda qeyd olunur.

Mayın 22-də Brüsseldə regionun açılması imkanları xüsusilə müzakirə olunub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Əksinə spekulyasiyalar təəssüf doğurur.

Nəhayət, prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını vurğulayıb. O, Yerevanla Bakı rəhbərliyini alqışlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin yaradılmasından üçün vicdanla işləmək niyyətində olduğunu bildirib, həmçinin Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.

Yaxın günlərdə Avropa İttifaqının  xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün regiona yola düşəcək”, – bəyanatda deyilir.

Qeyd edək ki, Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair sözügedən bəyanatında Dağlıq Qarabağın və bu regionun statusunun adı çəkilməyib. Bu, rəsmi Yerevanın narazılığına səbəb olub, Ermənistan müxalifəti isə yenidən Ermənistan hakimiyyətini milli maraqlara xəyanət etməkdə ittiham edib.

Gununsesi.info