Şarl Mişel bu hadisədən qəzəbləndi: Təcili atəşkəs çağırışı

  • By admin
  • 04 Mart 2024 12:44

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Qəzza zolağında mülki əhaliyə humanitar yardımın çatdırılması üçün təcili atəşkəsə ehtiyac olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial media pltafomrasında qeyd edib. “Dünən Qəzzada əlacsız şəkildə humanitar yardım gözləyərkən günahsız mülki şəxslərin öldürülməsi məni şoka salıb və qəzəbləndirib”, – deyə o bildirib.

O, dərhal müstəqil təhqiqatın aparılmasına və hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasına çağırıb.

“UNRWA (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) kimi adekvat şəkildə maliyyələşdirilən ixtisaslaşmış qurumlar tərəfindən təmin edilən humanitar yardımın mülki əhaliyə çatması üçün təcili olaraq atəşkəsə ehtiyac var”, – deyə Mişel bildirib.

Ötən səhər İsrail əsgərləri Qəzza şəhərinin cənubundakı Reşid küçəsində Nablusi kəsişməsi yaxınlığında humanitar yardım almağı gözləyən fələstinlilərə atəş açıb.

İsrailin Qəzza zolağında humanitar yardım gözləyən fələstinlilərə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 112-yə çatıb.

 

Gununsesi.info