SARS-CoV-2 koronavirusu ilk dəfə aşkarlandığı yer açıqlandı

İspaniyalı alimlərin apardığı tədqiqatların nəticələrinə əsasən, COVID-19 virusu 2019-cu ilin mart ayından yayılmağa başlayıb və ölkənin böyük şəhərlərində mövcud olub.

Gununsesi.org “Rosbalt”a istinadən xəbər verir ki, Barselona Universitetinin tədqiqatçılarının fikrincə, SARS-CoV-2 koronavirusunu hələ 2019-cu ilin martında Barselonanın yağış sularında aşkar ediblər.

Virusologiya Birliyinin prezidenti Albert Bosk hesab edir ki, eyni vəziyyət dünyanın digər böyük şəhərlərində də yaşanıb.

Barselona Universitetinin Biologiya fakültəsinin professoru iddia edir ki, ilkin mərhələdə COVID-19-a yoluxanlara qrip diaqnozu qoyulub.  

Son rəqəmlərə əsasən, İspaniyada 294 985 nəfər koronavirusa yoluxub, 28 338 xəstə pandemiyanın qurbanı olub.

Gununsesi.org