SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb

  • By admin
  • 27 Sentyabr 2016 14:04

imtahan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2016/2017-ci tədris ili üzrə 6 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar oktyabrın 1-i, dekabrın 3-ü, yanvarın 21-i, martın 11-i, mayın 6-sı və iyunun 3-də olacaq.
İmtahanlara qeydiyyatdan keçmək üçün www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçiddən istifadə etmək olar.

Anar
Gununsesi.info