SAT imtahanlarının nəticələri bu gün elan edilə bilər

  • By admin
  • 23 Yanvar 2017 13:59

qebul imtahani

Dövlət İmtahan Mərkəzi yanvarın 21-də keçirdiyi SAT imtahanlarının nəticələrinin bu gün elan ediləcəyi gözlənilir.

Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, SAT imtahanları (2 fərqli SAT imtahanı: SAT, SAT esse) DİM-in inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 57 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələri ilə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

Gununsesi.info