Sumqayıt şəhəri ərazisindəki mağazaların birində satıcıya qarşı zor tətbiq edilib.
Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, hadisə martın 28-də qeydə alınıb.
Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkiləri oğurlayıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.
Gununsesi.info