
Ukraynanın Kupyansk şəhərinin satqın meri Gennadi Matseqor Rusiyaya qaçıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Kupaynsk merindən danışdıqda öncə onun xəyanətkar olduğunu deməliyik. Məlumata görə, o öz ailəsi ilə Rusiyaya gedib”, – deyə Sinequbov bildirib.
Qeyd edək ki, Gennadi Matseqor Kupyansk şəhərini razılaşma yolu ilə Rusiya hərbçilərinə təhvil verdiyini etiraf etmişdi.
Gununsesi.info