Narkotik kartellərinin döyüş bölgəsinə çevirdiyi Ekvadorda keçirilən əməliyyatlar zamanı 329 dəstə üzvü saxlanılıb. Peru da Ekvadorla sərhəddə yerləşən 5 bölgədə fövqəladə vəziyyət elan edib.
Gununsesi.info xəbər verir ki, Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında ölkə daxilində həyata keçirdikləri əməliyyatlarda 5 banda üzvünün öldürüldüyünü bildirib.
Əməliyyatlar zamanı 2 polisin həyatını itirdiyini, 1 polisin isə ağır yaralandığını bildirən Vela iğtişaşların baş verdiyi 5 həbsxanada hələ də 139 mühafizəçinin girov olduğunu açıqlayıb. Vela dəstə üzvləri tərəfindən zorla saxlanılan 41 asayiş keşikçisinin xilas edildiyini, həbsxanadan qaçan 28 məhbusun isə ələ keçirildiyini bildirib.
Əməliyyatlarında prioritetlərinin “Tiguerones”, “Los Lobos”, “Los Choneros” adlı quldur dəstələri olduğunu bildirən Vela son 2 gündə 61 silah ələ keçirdiklərini qeyd edib. Vela həbsxanadan qaçan “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazar haqqında danışıb. “Onu ələ keçirmək üçün xüsusi birlik qurduq. Ekvador xalqından bizə güvənmələrini və səbirli olmalarını xahiş edirik”, – deyə bildirib.
Bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti, “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazar və 9 yanvarda 60 gün davam edəcək fövqəladə vəziyyət elan edib. Quayas şəhərindəki həbsxanadan bir neçə məhbus qaçıb və daha sonra polis maşınlarına bombalarla hücum edilib.
Mütəşəkkil cinayətkar təşkilatların üzvləri yanvarın 8-də 5 həbsxanada iğtişaşlar törədib, 139 mühafizəçini girov götürüblər. Dünən Quayaquil şəhərindəki “TC Televiziya” kanalının studiyasına canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqın edilib və işçilər girov götürülüb. Eyni zamanda, silahlı şəxslər Guayaquildə universitetə hücum edərək bəzi tələbələri zorla saxlayıblar.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində canlı yayıma basqın edən 13 nəfər saxlanılıb, universitetdə nəzarət yaradılıb.
Ekvador prezidenti Daniel Noboa dünən verdiyi açıqlamada “Silahlı Vətəndaş Qarşıdurma Vəziyyəti” elan etdiklərini ifadə edərək, “Silahlı qüvvələrə dəstələri zərərsizləşdirmək üçün göstəriş” verdiyini deyib.
Bu arada Peru rəhbərliyi qonşu Ekvadorda baş verən hadisələrlə əlaqədar şimal sərhədindəki 5 bölgədə fövqəladə vəziyyət (OHAL) elan etdiyini açıqlayıb. Peru hökumətindən verilən açıqlamada, prezident Dina Boluartenin imzaladığı fərman çərçivəsində ölkənin şimal sərhədindəki 5 bölgədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edildiyi bildirilib.
Kolumbiya hökumətindən verilən açıqlamada qonşu Ekvadorla sərhədə əlavə hərbi birləşmələrin göndəriləcəyi qeyd edilib.
Gununsesi.info