Savaşın 30-cu günü: Prezident ELAN ETDİ, bu ərazilərimiz...

  • By admin
  • 26 Oktyabr 2021 10:13

Gununsesi.info Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

26 oktyabr 2020-ci il. Müharibənin 30-cu günü…

Saat – 08:10 – Ermənistan yeni atəşkəs rejimini kobud surətdə POZDU

2020-ci il oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozdu.

Saat – 08:29 – Düşmən Tərtəri artilleriya atəşinə tutdu

Saat – 09:47 – Tovuz, Gədəbəy, Daşkəsən Ermənistan ərazisindən atəşə tutuldu

Saat – 11:41 – Laçının Səfiyan kəndindəki mövqelərimiz artilleriya atəşinə tutuldu

2020-ci il oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutdu.

Saat – 12:11 – Ağcabədi artilleriya atəşinə tutuldu

Saat – 13:02 – Prezident ELAN ETDİ: Bu ərazilər azad olundu

“Rəşadətli Azərbaycan Ordusu dünən Qubadlı, Cəbrayıl və Zəngilanın işğal altında olan bəzi ərazilərini azad edib”. 2020-ci ilin bu günü bu haqda Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi. Dövlət başçısı Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqladı.

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

Saat – 13:05 – Prezident İlham Əliyev xalqa müraciət etdi

Saat – 13:35 – Prezident düşmənin məhv edilmiş və qənimət kimi götürülmüş texnikalarının SİYAHISINI AÇIQLADI

Saat – 16:06 – Prezident bu komandirləri TƏBRİK ETDİ

Ötən ilin bu günü Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi. Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı. Tapşırdı ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

Saat – 16:09 – Tərtər şəhəri atəşə tutuldu

Saat – 17:44 – Düşmən kvadrokopteri məhv edildi

Saat – 18:55 – Düşmən Tərtəri “Smerç” yaylım atəşli reaktiv sistemi ilə atəşə tutdu

Saat – 20:12 – İşğaldan azad olunan Padar kəndinin görüntüsü yayımlandı

Saat – 23:49 – İşğaldan azad edilən Qubadlı şəhərindən möhtəşəm görüntülər

Gununsesi.info