“Mənə və başqalarına görə mübarizə aparan bütün insanlara təşəkkür edirəm. Mənə yaxşılıq arzu edənlərin hamısına təşəkkür edirəm. Həmçinin pislik arzu edənlərə də demək istəyirəm ki, onların acığına sağ qaldım. Biganə qalanlara da təşəkkür edirəm ki, mane olmayıblar”. Bunu Kiyevdə hava limanında Rusiyada əsirlikdən qayıdan pilot Nadejda Savçenko deyib: “Uşaqları indiyə qədər geri qayıtmayan analardan üzr istəyirəm. Çünki mən hələ də yaşayıram. Azadlıqdan məhrum edilmiş uşaqları olan analardan üzr istəyirəm. Çünki mən azadlıqdayam. Sizə demək istəyirəm ki, bəli, mən ölənləri geri qaytarmayacağam. Lakin mən Ukrayna uğrunda öz canımı hər an döyüş meydanına qoymağa hazıram. Mən indi azadlıqda olmayan bütün uşaqların azadlığa çıxması üçün mümkün olan hər şeyi edəcəyəm. Ukraynanın bütün qəhrəmanları ölməməlidir”
Savçenko Prezident Administrasiyasına getdiyini və orda mətbuat-konfransı keçirəcəyini deyib. “Bütün suallara cavab verəcəm. İnanın, mən heç nədən qorxmuram”, – deyə o bildirib.
https://www.youtube.com/watch?v=If_jjQ0-tic