Saxlanılan keçmiş məhkum: ‘Dedim, ki, çöldə qalmışam, pul ver’ - VİDEO

  • By admin
  • 28 İyun 2016 13:09

img2123792

 

38 illik ömrünün 27 ilini həbsdə keçirən şəxs tutuldu.

“Nə bıçaq çəkdim, nə də hədə-qorxu gəldim”
Abşeron polisi taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxsi saxlayıb.
İstintaq zamanı məlum olub ki, o, əyləşdiyi taksiləri Sumqayıtın Saray qəsəbəsinə sürdürərək orada sürücülərin pulunu və mobil telefonunu alıb.
Abşeron rayonu Xırdalan şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Əlikram Bağırov və Sumqayıt sakini Araz Rzayev 3 gün əvvəl onlara qarşı soyğunçuluq edilməsi barədə ərizə ilə polisə müraciət ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Saray qəsəbə sakini, əvvəllər 4 dəfə məhkumluq həyatı yaşayan, ümumilikdə 27 il azadlıqdan məhrum edilən 38 yaşlı İsrayıl Gözəlov olduğu müəyyənləşib. O, tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar zamanı məlum olub ki, İsrayıl Gözəlov paytaxtın Nəsimi rayonu, 20 yanvar dairəsində Əlikram Bağırovun idarə etdiyi taksiyə əyləşərək Abşeron rayonu Saray qəsəbəsinə gedib. Orada isə sürücüyə hədə-qorxu gələrək, onun 12 manat pulunu və telefonunu əlindən alıb. Ancaq özünün dediklərinə inansaq, Bağırov telefonu öz istəyi ilə verib.
İsrayıl Gözəlov – saxlanılan şəxs: “20 yanvardan oturdum taksiyə, dedim ki, sür Saray qəsəbəsinə, getdik ora. Dedim ki, qardaşım evi satıb, qalmışam çöldə, mənə pul ver, telefonunu ver. Heç nə eləmədim. Nə xox, nə hədə-qorxu, nə də bıçaq – heç nə. Çıxartdı, dedi ki, götür”.
Sonrakı gün isə bənzər əməli Sumqayıt sakini olan Araz Rzayevə qarşı törədib.
“Sumqayıtdan mindim, getdik Saray qəsəbəsinə. Dedim ki, ehtiyacım var, qalmışam çöldə. 150 manat və 2 dollar verdi, telefonunu da istədim”.
İsrayıl Gözəlov mobil telefonları dəyər-dəyməzinə sataraq pulu xərcləyib. Onun əməllərindən zərər çəkən şəxslərin Abşeron polisinə müraciət etmələri xahiş olunur. Faktla bağlı artıq cinayət işi açılıb. (Region TV)