“Saxlanılan separatçılarla bağlı Rusiyaya müraciət edilməyib”

“Rusiyaya Azərbaycan tərəfindən saxlanılan Qarabağdakı separatçıların keçmiş “rəhbər”lərinin sərbəst buraxılması və Ermənistana qaytarılmasına yardımın göstərilməsi ilə bağlı müraciət edilməyib”.

Gununsesi.info “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı Rusiyaya rəsmi və yaxud qeyri-rəsmi müraciət edilməyib.

 

Gununsesi.info