
Onlayn multiaktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan “Saxo Bank” dünya bazarları üzrə rüblük makroiqtisadi proqnozlarını və 2017-cı ilin ikinci rübünün əsas ticarət strategiyalarını açıqlayıb.
Bu haqda Gununsesi.info-ya şirkətdən xəbər veriib.
Avropa ABŞ-ı geridə qoyaca
Bank”ın baş iqtisadçısı və investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib: “2017-ci ilin ikinci rübünün əvvəlində aydınlaşır ki, Avropada qeyri-stabillik hekayəsi xeyli şişirdilib və əslində qitə qeyri-sabit və “Tramp ticarətindən” asılı ABŞ-ı qabaqlamağa hazırlaşır.
Qeyri-avropalılar öz qiymətləndirmələrində bir çox hallarda Avropa və avroya qoyulan böyük siyasi kapitalı nəzərə almırlar. Marin Le Penin seçkilərdə qalib gəlib-gəlməyəcəyindən asılı olmayaraq Fransanın avrodan çıxma ehtimalı demək olarsıfıra bərabərdir – ona görə hesab edirik ki, üçüncü rübdə seçkilərdən sonra avro məzənnəsi xeyli dəyişəcək.
Hər şey ona işarə edir ki, ikinci rübdə Avropa ABŞ-dan daha yaxşı nəticə göstərəcək. Biz hələdə hesab edirik ki, dünya inflyasiyası ilə eyni zamanda kredit nəbzi yaxın gələcəkdə (1-1,5 il ərzində) maksimum həddə çatacaq və resessiya baş verə bilər”.
Fransa idarəetməsiz qala bilər
Yəqin ki, Fransada prezident seçkiləri 2017-ci ilin ikinci rübünün ən gözlənilən hadisələrindən biri olacaq, lakin “Saxo Bank” treyder və investorlara iyunda keçiriləcək parlament seçkilərini də diqqətlə izləməyi tövsiyə edir, çünki nəticələr Fransanın gələcək siyasi kursunun dəqiq təsəvvürünüyaradacaq.
Makroiqtisadi analiz şöbəsinin başçısı Kristofer Dembik qeyd edib: “Hadisələrin iki mümkün inkişaf ssenarisi var: yaxud Marin Le Pen prezident seçiləcək, lakin real hakimiyyətə sahib olmayacaq, çünki parlament seçkilərində keçməyəcək, yaxud da Makronu prezident seçəcəklər, lakin onun üçünmüxtəlifnövlü səs çoxluğunun öhdəsindən gəlmək çətin olacaq.
1958-ci ildən bəri ilk dəfə parlamentariyalar ölkə başında duracaq, üçüncü və dördüncü respublikaların təcrübəsini nəzərə alaraq, bu, mənfi işarədir. Nəticədə, Fransa ümimiyyətlə hökümətsiz qala bilər”.
Valyuta bazarında volatilliyin güclənməsi
Valyuta bazarında strategiya şöbəsinin rəhbəri Con Hardi qeyd edib: “Gələn rübdə dollar üçün risklər ikitərəfli xarakter daşıyacaq və çoxluqda Trampın hərəkətlərindən asılı olacaq, lakin artım potensialı bazarda artan skeptisizmin sayəsində qalxdı. Gözləyirik ki, bütün Avropada davamlı statistik məlumatlar sayəsində avro dəstəkdən yararlanmağa davam edəcək, Avropa MərkəziBankı(AMB) isə azalma risklərindən ehtiyat edərək siyasətini zəiflədəcək.Lakin ikinci rübdən sonra vacib məqamlardan biri o olacaq ki, İtaliya kimi zəif periferiya ölkələrində AMB tərəfindən stumulların dayandırılmasından sonra vəziyyət necə dəyişəcək.
Funtun lazımı qədər dəyərləndirilməməsini Britaniyada ticarət balansı və cari hesabın balansında böyük defisitlərin olması və uzun illər çəkə biləcək Aİ ilə yol ayrımı prosesinin qeyri-müəyyənliyi ilə izah etmək olar. Nəhayət, Çin höküməti tərəfindən likvidliliyin ləğv edilməsi ikinci rübdə və daha sonra inkişaf edən ölkələrin valyuta perspektivlərini və reflyasiya ticarətinə qarşı entuziazmı azalda bilər.
Real şəraitdə neftin sınanması
Xammal bazarında strategiya şöbəsinin rəhbəri Ole Hansen bildirib: “Birinci rüb ərzində aydın olurduki, neftin qiymət dinamikası o qədər də yüksək deyil və spekulyativ mövqelərin şiddətli artımını sübut etmir. Hesab edirik ki, ikinci rübdə “Brent”markalı neftin bir barelinin qiyməti stabilləşərək maksimum 50 ABŞ dollarına çatacaq, lakin 45 dollaradək qısamüddətli azalma baş verə bilər. İlin sonuna proqnozumuz 58 dollaradək endiririk və ümid edirik ki, tələbatın artımı və təklifin azalması sondaneftin qiymətinə müsbət təsir göstərəcək”.
Gülnaz Qənbərli
Gununsesi.info