Azərbaycan saxta bitki yağı gətirilir.
Bunu Gununsesi.info-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) sədri Eyub Hüseynov deyib.
AİİB sədrinin sözlərinə görə, ölkəyə gətirilən “Кубинская семечка” qarşıdalı bitki yağı saxtadır. “Artıq ekspertiza bu yağın saxta olduğunu sübut edib”- deyə, o, bildirib.
E.Hüseynov bildirib ki, quruma istehlakçılardan daxil olan telefon zənglərinə və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini S.Məmmədovanın şikayət ərizəsi əsasında məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубинская семечка” bitki yağı götürülüb: “Bu yağın akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb. Məqsəd də istehlakçıların şübhələrinin əsaslı olub – olmamasını müəyyənləşdirmək , yəni bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub. Laboratoriya analizi zamanı istehlakçıların narazılığının səbəbsiz olmadığı üzə çıxıb. Nəticədə “Кубинская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub”.
AİİB rəhbəri hesab edir ki, ölkəmizdə biznes qurumları üçün yaradılmış kifayət qədər rahat şəraitdən xarici mal istehsalçılara sui-istifadə edir və Azərbaycana standartların tələbinə uyğun gəlməyən saxta malları, xüsusən də qida məhsullarını ölkəyə idxal edirlər.

E.Hüseynov onu da istisna etmir ki, “Кубинская семечка” yağını Azərbaycana idxal edən şirkət istehsalçının bu aldadıcı səhv məlumatından xəbərsizdir.
Mürtəza
Gununsesi.info