Azərbaycanda saxta dərman satışı halları qeydə alınır - SON HƏBSLƏRDƏN NƏTİCƏ ÇIXARMALIDIRLAR

  • By admin
  • 07 May 2018 14:59

“Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da saxta dərman satışı halları qeydə alınır”. Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır: “Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Hüquq-mühafizə orqanlarının əməliyyatları saxta dərman satanlara qarşı zərbə olacaq. Onlara tövsiyəmiz odur ki, saxta dərman satışı ilə məşğul olmasınlar. Çünki, bu, insan sağlamlığı üçün çox ziyanlıdır. Kimsə bu fəaliyyətini davam etdirəcəksə, onlar ciddi cəza alacaq”.

Gununsesi.info