Nyu-Yorkda bir müğənni saxta diplomatik nömrələrlə avtomobil idarə etdiyi üçün həbs edilib.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun Bronks şəhərində anadan olan və “Sessi” təxəllüsü ilə çıxış edən 32 yaşlı müğənni Sesiliya Selina Merkado “Audi Q5” markalı avtomobilin sükanı arxasında saxta diplomatik stikerlərlə görünəndən sonra polis tərəfindən saxlanılıb.
Merkado polislərə “toxunulmazlıq hüququ olan səfir” olduğunu və bu iddianı davam etdirdiyini söyləyib.
Onun həbsi zamanı videogörüntülərdə Merkadonun maşının sükanı arxasında olduğu və məmurlara maşının Dövlət Departamentində qeydiyyatda olduğunu dediyi görünür.
Müğənni polislə mübahisə etməyə başlayıb və maşından zorla çıxarıldıqdan sonra həbs edilib.
Gununsesi.info