
Məqsəd nədir?
Mülki azərbaycanlılara qarşı qarşı qanlı əməllər törətmiş şəxslərin maşınlarla rahat bir şəkildə Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedənlərin sayının 100 min nəfərdən çox olduğunu Ermənistan hakimiyyəti deyir. Rəqəmlərin şişirdilməsində təəccüblü bir şey yoxdur. Saxtakarlıq bunların qanındadır və həyat tərzidir. Hələ Birinci Dünya müharibəsi illərində bunlar ölənlərinin sayını əvvəlcə 350, sonra 500, 650, 750, min, 1 milyon, daha sonra isə utanmadan 1 milyon 500 min dedilər. Həyasıqlığın yüksək həddidir. Birincisi, sanki bunların ölüləri də artıb-törəyir. İkincisi, sanki müharibədə cəmi ölən 10 milyon nəfərin o zaman dövləti olmayan, sayı bütün dünyada 3 milyon nəfər olmayan, milyon 1 , 5 milyonu bunlar olub.
Saxta say artımında məqsəd nədir? Xaricdən yardımlar almaq və ayrılan pulları mənimsəmək. ABŞ-ın İstanbuldakı ali komissarı Mark Lambert Bristol 1920-ci ildə Mərkəzə məktubunda yazırdı ki, ermənilərə ayırdığımız pulları erməni xadimləri və təşkilatları oğurladılar, göyə sovurdular və günahkar bizi bildilər. İndi də belə olacaq. Az və ya çox, fərq etməz ayrılan pulları oğurlayıb yeyəcəklər, özlərini saldıqları fəlakət üçün biri-birilərini, isə sonra ABŞ, Fransa və digər ölkələri günahlandıracaqlar.
Musa Qasımlı
Milli Məclisin deputatı